Azər Bayramov: Azərbaycanda “Blockchain” texnologiyalarına maraq getdikcə artır

Azər Bayramov: Azərbaycanda “Blockchain” texnologiyalarına maraq getdikcə artır
# 12 mart 2019 15:18 (UTC +04:00)

Azərbaycanın dövlət və özəl qurumları tərəfindən “Blockchain” texnologiyalarının tətbiqinə maraq getdikcə artmaqdadır. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübəyə baxdıqda görmək olar ki, “Blockchain” texnologiyasının tənzimlənmə mexanizmi tam qənaətbəxş səviyyədə deyil.

"Sözügedən texnologiyalar yeni nəsil innovasiya xidmətləri infrastrukturunu təşkil edən əsas texnologiyalardan biridir. Təkcə 2017-2018-ci illər ərzində dünya üzrə “Blockchain” texnologiyalarına 22 milyard dollara yaxın sərmayə yatırılıb. Şirkətlərin gəlirləri də bu sahədə artmaqdadır. Belə ki, əgər 2017-ci ildə “Blockchain” texnologiyaları üzrə bazarın həcmi 1,5 milyard dollar idisə, 2019-cu ildə bu rəqəmin 2,9 milyard dollar olacağı gözlənilir", - deyə A. Bayramov bildirib.

A. Bayramovun sözlərinə görə, bu texnologiyaların sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də “Blockchain” texnologiyası inkişafının ilkin mərhələsindədir və kütləvi şəkildə istifadəsi olunmur: "Lakin rəqəmlər onu göstərir ki, 80%-dən çox artım var və “Blockchain” texnologiyasından tezliklə kütləvi şəkildə istifadə olunacaq. Sevindirici haldır ki, Azərbaycanda da fəaliyyət göstərən həm dövlət qurumları, həm də özəl şirkətlər tərəfindən “Blockchain” texnologiyalarının istifadəsi ilə müxtəlif layihələr həyata keçirilir”, - deyə A. Bayramov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR