Bakıda vətəndaşların 300 min manatını mənimsəyən lombard sahibi tutulub

Bakıda vətəndaşların 300 min manatını mənimsəyən lombard sahibi tutulub
# 23 avqust 2017 08:35 (UTC +04:00)

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub.

APA-nın məlumatına görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb.

Qeyd edək ki, mətbuatda D. İsmayılovanın əməlləri ilə bağlı silsilə yazılar gedib. Həmin məlumatlara görə, Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib.

Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR