İnsan bədənində yeni orqan kəşf edilib

İnsan bədənində yeni orqan kəşf edilib
# 05 yanvar 2017 09:14 (UTC +04:00)

İnsan bədənində həzm sisteminə aid olan “mezenter” adlı yeni orqan kəşf edilib.

APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, 2012-ci ildən irlandiyalı professor Kelvin Koffinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, "mezenter" ayrı-ayrı hissələrdən deyil, bütöv orqandan ibarətdir. Bu kəşf nəticəsində insan bədənində orqanların sayı 79-a yüksəlib.


Orqan olaraq elan edilən hissəciyin funksiyasının tam olaraq nədən ibarət olması hələ də müəyyənləşdirilməyib. Lakin alimlər bu kəşfdən sonra elmin insan orqanizmi haqqında 100 illərdir, səhv fikirdə olduğunu etiraf ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR