Türkiyə ordusu İraqın şimalında iki şəhid verib

Türkiyə ordusu İraqın şimalında iki şəhid verib
# 14 yanvar 2020 05:24 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin bölgəsində iki şəhid verib.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bölgədə terrorçulara qarşı aparılan əməliyyat zamanı Türkiyə ordusunun bir əsgəri və bir təhlükəsizlik xidmətinin əməkdaşı şəhid olub.

Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi də təsdiqləyib.

Hər iki şəhid doğulduqları Dərəköy və Şırnak bölgələrində dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR