Azərbaycanda “Opel” yük maşınına çırpılıb, 5 nəfər ölüb - VİDEO

Azərbaycanda “Opel” yük maşınına çırpılıb, 5 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 01 avqust 2015 06:55 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci kilometrliyində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR