Tiflisdə azərbaycanlı qadından narkotik götürülüb

Tiflisdə azərbaycanlı qadından narkotik götürülüb
# 17 avqust 2015 08:48 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflisdə azərbaycanlı qadında narkotik maddə tutulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən mərkəzi kriminal polis departamentinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan paytaxtında yaşayan, 1964-cü ildə anadan olan O.Elmira adlı azərbaycanlı qadında 7,7707 qram heroin aşkar edilib. Gürcüstan DİN-in mətbuat xidmətindən verilən məlumata görə, heroin onun yaşadığı evdə tapılıb və məhv edilib.

Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR