Litvada “Azərbaycan Gecəsi” keçirilib

Litvada “Azərbaycan Gecəsi” keçirilib
# 22 may 2015 10:34 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Litva Dövlət Turizm Departamentinin, Litvanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, nazirliyin dəstəyi ilə keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib.

Nazir müavini çıxışı zamanı Azərbaycan-Litva arasında turizm mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb, gələcəkdə Litvada Azərbaycanın tanıdılmasına həsr olunmuş belə tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

N. Səmədov Azərbaycan-Litva arasında mövcud turizm əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri də iştirak edib, turizmin təbliği ilə bağlı təqdimatlar keçirilib və ikitərəfli turizm əlaqələrinin genişlənməsi üzrə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR