Nemtsovun qətlində istifadə olunduğu güman edilən tapança tapılıb

Nemtsovun qətlində istifadə olunduğu güman edilən tapança tapılıb
# 29 may 2015 08:28 (UTC +04:00)

Bakı – APA. Rusiyalı siyasətçi Boris Nemtsovun qətli zamanı istifadə olunduğu güman edilən tapança tapılıb.

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, tapança “Şimal” xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb.

Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı “Makarov” tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR