ABŞ-da məktəb avtobusu minik avtomobili ilə toqquşub, 17 nəfər xəsarət alıb

ABŞ-da məktəb avtobusu minik avtomobili ilə toqquşub, 17 nəfər xəsarət alıb
# 22 oktyabr 2016 05:42 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, avtobusda 19 nəfər olub, yaralılardan 15-i məktəblilərdir.

Qəza Hyustondan 150 km şimalda yerləşən Medisonvil şəhərində qeydə alınıb.

Məlumata görə, minik avtomobili qəflətən avtobusun yoluna çıxıb. Toqquşma nəticəsində avtobus aşıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onların həyatına təhlükə olmadığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR