Ucar sakini hamamda ölüb

Ucar sakini hamamda ölüb
# 13 yanvar 2017 16:43 (UTC +04:00)

Ucarda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1938-ci il təvəllüdlü Naibə Atamalı qızı Əliyeva vanna otağında olarkən ölüb.

Hadisə bu gün axşam saat 18:00 radələrində şəhərin Abbas Səhhət küçəsində baş verib.

Əvvəlcə N. Əliyevanın dəm qazından öldüyü bildirilsə də, hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər qadının digər səbəbdən dünyasını dəyişdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR