Qubada 70 yaşlı kişi evində yanaraq ölüb

Qubada 70 yaşlı kişi evində yanaraq ölüb
# 14 mart 2018 07:17 (UTC +04:00)

Qubada yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Atuc kəndində qeydə alınıb. Kənd sakini, 70 yaşlı Fazil Əlipaşayevə məxsus ev yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR