Sıktıvkar-Bakı birbaşa aviareysi açıla bilər

Sıktıvkar-Bakı birbaşa aviareysi açıla bilər
# 17 avqust 2015 11:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rusiyanın Komi Respublikasında Sıktıvkar-Bakı birbaşa aviareysin həyata keçirilməsi üçün müzakirələr aparılıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Vahid Rusiya” Partiyasının (Yedinaya Rossiya) Komidə yerləşən regional ofisi ilə “Komi Respublikası Azərbaycanlıları Assosiasiyası” ictimai təşkilatı arasında imzalanan müqavilədə bununla bağlı bənd yer alıb.

Görüşdə bildirilib ki, Komi Respublikasından Bakıya birbaşa aviareyslər olmadığından uçuşlar Moskvadan həyata keçirilir. Əgər Sıktıvkar-Bakı birbaşa aviareysi baş tutsa bu, daha sərfəli olacaq.

Qeyd edək ki, birbaşa aviareysin açılması ilə bağlı “Komiaviatrans”ın rəhbərliyi ilə danışıqlar aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR