Lavrov və ATƏT sədri Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcəklər

Lavrov və ATƏT sədri Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcəklər
# 25 yanvar 2018 14:34 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano fevralın 1-də Rusiyaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib. O, ATƏT sədrinin Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcəyini söyləyib: "Görüşdə iki ölkənin xarici işlər naziri əsas diqqəti 2018-ci ilə görüləcək iş planına, o cümlədən ATƏT regionunda təhlükəsizlik, inamın bərpa olunması, eləcə də terrorla, narkotrafiklə və kiber təhlükə ilə mübarizəyə yönəldəcəklər".


M. Zaxarova Lavrov-Alfano görüşündə ATƏT məkanındakı münaqişələrin, o cümlədən Ukrayna, Dnestryanı və Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasına yardımın müzakirə olunacağını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR