Miqrasiya xidməti ilə bağlı xüsusi medal təsis olunur

Miqrasiya xidməti ilə bağlı xüsusi medal təsis olunur
# 22 dekabr 2016 11:46 (UTC +04:00)

Azərbaycanda xidmətdə fərqlənən miqrasiya orqanı əməkdaşları üçün yeni medal təsis edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı prezidentin təqdimatı ilə “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə və dəyişiklik təklif olunur.

Layihəyə əsasən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı təsis edilir. Medalla miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR