DİM: İlk buraxılış imtahanına 3 nəfər telefonla daxil olduğu üçün nəticələri ləğv olunub

DİM: İlk buraxılış imtahanına 3 nəfər telefonla daxil olduğu üçün nəticələri ləğv olunub
# 09 mart 2017 10:06 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanında iştirak edəcək şagirdlərə xəbərdarlıq edib. DİM-dən APA-ya verilən xəbərə görə, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz.

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ötən həftə keçirilən buraxılış imtahanında 3 nəfər telefonla imtahan binasına daxil olub, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub.

Qeyd olunub ki, imtahanda iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR