Nazir: "Sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib"

Nazir: "Sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib"
# 24 iyul 2015 07:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci yarısında əsas hissəsi qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 97 mln. manat həcmində güzəştli kreditlər verilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə qurumun bu gün keçirilən kollegiya iclasında nazir, kollegiyanın sədri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, tikinti materialları istehsalının genişləndirilməsi, yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, ixracın artırılması, xaricdə logistik imkanların yaradılması, Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsinə başlanması, eləcə də Zığ gölünün təmizlənməsi üzrə hazırlıq prosesi müzakirə edilib və işlərin sürətləndirilməsi barədə nazirliyin müvafiq strukturlarına göstərişlər verilib”.

Ş. Mustafayev qeyd edib ki, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edilərək sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlər azaldılıb. "Korporativ idarəetmənin və kiçik paya malik səhmdarların hüquqlarının qorunması təkmilləşdirilib, tikintiyə icazələrin verilməsi və idxal-ixrac əməliyyatları üçün mövcud prosedur, müddət və xərclər azaldılıb, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün sənədlərin elektron qəbulu təşkil olunub. Bununla yanaşı, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl kredit bürolarının və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan müddətin, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün prosedur, müddət və xərclərin azaldılması və s. məsələlər üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR