Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb
# 06 avqust 2017 09:43 (UTC +04:00)

Avqustun 5-i Sumqayıt Dövlət Universitetinin yataqxanasında yanğın baş verib.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitet ərazisində yerləşən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşıb.

Yataqxanada ümumiyyətlə, tələbə yaşamır. Yanğın zamanı ciddi xəsarət alan yoxdur. Yüngül xəsarət alanlara yerindəcə tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR