Xaçmazda ata və 6 yaşlı oğlu yanğında ölüb

Xaçmazda ata və 6 yaşlı oğlu yanğında ölüb
# 07 mart 2019 09:09 (UTC +04:00)

Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində iki nəfər dünyasını dəyişib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğluna məxsus, ümumi sahəsi 20 kvadratmetr olan birmərtəbəli, bir otaqlı ev yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirov və övladı, 2013-cü il təvəllüdlü Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR