Bakının daha bir küçəsində təmir başa çatıb

Bakının daha bir küçəsində təmir başa çatıb
# 18 aprel 2017 13:27 (UTC +04:00)

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 10 min kvadratmetrdən çox sahənin asfaltlanması, bundan başqa səkilərin kənarlarına isə 1 500 paqon-metr yeni səki daşının düzülməsi işləri aparılıb.

Təmir işləri çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa zəruri olan yerlərə yol nişanları quraşdırılıb, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR