Zabrat yolunda 4 avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Zabrat yolunda 4 avtomobil toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 07 yanvar 2017 18:04 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.

Fövqəladə Hallar Nazirliyinin qəza ilə bağlı yayılan məlumatında ölən şəxsin 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimov olduğu bildirilir. Xilasedicilər onun “VAZ” markalı minik avtomobilində sıxılıb qalmış cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR