ABŞ Şimali Koreya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Şimali Koreya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib
# 26 oktyabr 2017 19:47 (UTC +04:00)

ABŞ Şimali Koreya hökumətinin bir neçə üzvü və Koreya Xalq Ordusunun hərbi təhlükəsizlik komandanlığının rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sanksiya siyahısına komandanlıq rəhbəri, onun müavini, KXDR-in əmək naziri, Xarici Tikinti Bürosunun direktoru, ölkənin Çinin Şenyan əyalətindəki baş konsulu, xalq təhlükəsizliyi nazirinin müavini daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR