Dostunu balta ilə vuran şəxsə hökm oxunub

Dostunu balta ilə vuran şəxsə hökm oxunub
# 09 mart 2017 10:34 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hümbət Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Zeynalov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Şamaxı rayonunda H.Zeynalov mübahisə zəminində dostu A.Sultanovu balta ilə vurub. Xəstəxanaya aparılan yaralını xilas etmək mümkün olub.

H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb, ona Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR