Ağdamda yük maşını yanıb

Ağdamda yük maşını yanıb
# 22 iyun 2018 19:24 (UTC +04:00)

Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Eyvazlı kəndində baş verib.

Seymur Rəhimovun idarə etdiyi QAZ-53 markalı maşınındakı ot bağlamalarına od düşüb. Sürücü maşını yanğından xilas etməyə çalışsa da, alovu söndürə bilməyib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar. Alov söndürülsə də, avtomobil yararsız hala düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik naqillərinin yük maşınındakı ot bağlamalarına toxunması olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR