Pirallahıda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Pirallahıda yol qəzası nəticəsində  iki nəfər xəsarət alıb
# 26 oktyabr 2016 00:25 (UTC +04:00)

Bakı-APA. Bakının Pirallahı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dübəndi magistral avtomobil yolunda iki “VAZ” markalı minik avtomobili toqquşub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR