Narkotik bitkilərin yetişdirilməsində təqsirləndirilən polis mayorunun həbs müddəti artırılıb

Narkotik bitkilərin yetişdirilməsində təqsirləndirilən polis mayorunun həbs müddəti artırılıb
# 10 oktyabr 2017 13:48 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik xassəli bitkilərin kultivasiyasında təqsirləndirilən polis mayoru İlqar Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ. Rzayevin həbs-qətimkan tədbiri müddətinin bitməsi ilə bağlı olaraq, prokurorun vəsatəti ilə bu müddət məhkəmə bitənədək uzadılıb.

Proses oktyabrın 13-də davam etdiriləcək.

İttihama görə, İ. Rzayev Xəzər rayonu, Qala qəsəbəsində özünə məxsus bağ evinin həyətyanı sahəsində 50 ədəd narkotik təbiətli çətənə bitkisini qanunsuz olaraq yetişdirərək, kultivasita edib.

Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR