Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən "APA-Economics"ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,33% və ya 1,16 dollar azalaraq 48,47 dollar olub.