Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda avtoservisin ərazisində ümumi sahəsi 60 m2 olan avtomobil təmiri sexinin içərisində 5 m2 sahədə taxta tullantıları yanıb.
Yüksək temperaturdan sexdə təmirə dayanmış “Hyundai” markalı minik avtomobilinin arxa hissəsi (bufer) və işıqları əriyib. Avtomobil təmiri sexi və avtomobil yanğından mühafizə olunub.
Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.