Göygöl rayon sakini məhkəmə binasında özünü bıçaqlayıb - VİDEO

Göygöl rayon sakini məhkəmə binasında özünü bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 30 iyul 2015 06:58 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl rayon Məhkəməsində qeydə alınıb. Rayonun Çaykənd kənd sakini, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurliyev Göygöl rayon Məhkəməsinin icra qrupuna çağırılaraq, 700 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə barəsində hüquqi tədbir görüləcəyi bildirilib. Bu zaman M. Uğurliyev bıçaqla özünə xəsarət yetirib. Qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən M. Uğurliyevin vəziyyətinin orta ağır olduğu bildirilir

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR