Bakının bəzi küçələrində tıxaclar yaranıb

Bakının bəzi küçələrində tıxaclar yaranıb
# 25 oktyabr 2016 17:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakının mərkəzindən Binəqədi qəsəbəsi istiqamətində, eləcə də əks istiqamətdə avtomobillərin hərəkətində böyük tıxac yaranıb.

Bu barədə “APA-Econonmics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bununla yanaşı, hazırda Tiflis prospektində, Koroğlu Rəhimov, Əhmədbəy ağa oğlu, Bakıxanov, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov küçələrində və Ziya Bünyadov küçəsindən metronun Koroğlu stansiyası istiqamətində sıxlıq müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR