Nazırlik: I sinfə qəbul zamanı elektron sistemdən istifadə ödənişsizdir

Nazırlik: I sinfə qəbul zamanı elektron sistemdən istifadə ödənişsizdir
# 07 mart 2019 11:35 (UTC +04:00)

“Azərbaycanda I sinfə qəbul zamanı elektron sistemdən istifadə ödənişsizdir”.

ONA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki, valideynlərə kömək məqsədilə Bakı üzrə 50 alternativ qeydiyyat mərkəzi yaradılıb.

“Əvvəlki illərdə valideynlər yaşamadıqları ərazilərdə yerləşən məktəbləri istəyirdilər və bunun üçün Təhsil Nazirliyinə bununla bağlı müraciət edirdilər. Artıq elektron sistemdə mektebeqebul.edu.az saytında bu cür müraciətlər üçün “gözləmə siyahısı” yaradılıb”, - İ. Abdullayeva qeyd edib.

İ.Abdullayeva onu da vurğulayıb ki, Bakı, Sumqayıt, Gəncə, Abşeron, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samuxda yaşayan məcburi köçkünlərin övladları da elektron sistem vasitəsilə I sinfə qəbul ola biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR