İsveçdə təlim zamanı tank buzun altına düşüb

İsveçdə təlim zamanı tank buzun altına düşüb
# 27 mart 2017 01:55 (UTC +04:00)

Buden şəhəri yaxınlığında İsveç Silahlı Qüvvələrinə məxsus tank buzun altına düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə hərbi təlim zamanı baş verib.

Məlumata əsasən, nəticədə 4 hərbçi donvurma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Daha bir hərbçinin itkin düşdüyü bildirilir.

Hadisə yerində xilasedicilər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR