YAP Yasamalda seçicilərlə görüş keçirib

YAP Yasamalda seçicilərlə görüş keçirib
# 22 mart 2018 12:17 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının “İlhamla irəli” şüarı ilə başladığı seçki kampaniyası çərçivəsində YAP-ın Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Yeni Azərbaycan Partiyasından APA-ya verilən məlumata görə, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 11 apreldə keçiriləcək prezident seçkilərinin əhəmiyyətindən danışıb.

YAP Yasamal rayon təşkilatı sədrinin müavini Telman İbadov və təşkilatın şura üzvü, Respublika Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR