Gürcüstanda 14 yaşlı azərbaycanlı qız intihar edib - YENİLƏNİB

Gürcüstanda 14 yaşlı azərbaycanlı qız intihar edib - <span style="color: red;">YENİLƏNİB
# 15 yanvar 2018 10:35 (UTC +04:00)

Gürcüstanda özünü asan 14 yaşlı azərbaycanlı qızın intihar səbəbləri məlum olub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, intihar edən Nərmin Şəfiyeva valideynləri boşandığına görə qardaşı ilə birgə 10 ildən artıq nənəsinin himayəsində yaşayıb.

Yeniyetmənin nənə və bibiləri tərəfindən məişət zorakılığı və işgəncələrə məruz qaldığı, son iki ildə onun məktəbə getməsinin qadağan edildiyi bildirilir.

Məlumata görə, qızın xarici ölkədə işləyən atası bu yaxınlarda övladlarına baş çəkməyə gəlib. Yeniyetmə atasından onu özü ilə aparmasını xahiş etsə də, o, buna razı olmayıb.

***

12:02

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına əsasən, 14 yaşlı azərbaycanlı qız ötən gecə özünü asıb.

Yeniyetmənin intihar səbəbləri hələlik məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR