CHP parlament sədrliyinə Dəniz Baykalın namizədliyini irəli sürüb - FOTO

CHP parlament sədrliyinə Dəniz Baykalın namizədliyini irəli sürüb - <span style="color: red;">FOTO
# 24 iyun 2015 12:07 (UTC +04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün CHP lideri Kamal Kılıçdaroğlu və parlamentin ən yaşlı üzvü kimi TBMM-yə müvəqqəti sədrlik edən Dəniz Baykal arasında görüş keçirilib. 30 dəqiqə davam edən görüşdə K. Kılıçdaroğlu CHP-nin TBMM sədrliyinə öz keçmiş liderini namizəd göstərmək qərarına gəldiyini D. Baykala çatdırıb.

Görüşdən sonra jurnalistlərə açıqlama verən K. Kılıçdaroğlu “ümid edirəm ki, hörmətli Baykalın hazırkı sədrliyi davam edər. Millət vəkillərimiz Məclis sədrliyinə onun namizəd olmasını istəyir, mən də bu təklifimizi qəbul etməsini ondan rica etdim. Baykal təklifimizi qəbul etdi”, - deyə söyləyib.

D. Baykal isə namizədlik üçün rəsmi müraciətindən sonra digər partiyalarla da görüşərək dəstək istəyəcəyini vurğulayıb: “Seçilsəm, tərəfsiz sədr olacağam”.

Qeyd edək ki, TBMM sədrliyi üçün 27 iyun, saat 24.00-a qədər namizəd irəli sürmək mümkündür. İlk 2 turda seçilmək üçün 367 səs tələb olunur. Üçüncü turda sadə səs çoxluğu – 276 səs lazımdır. Bu turda da sədri seçmək mümkün olmasa, ən çox səs alan 2 namizəd 4-cü tura keçir. Dördüncü turda ən çox səs alan namizəd TBMM sədri seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR