Kafedra müdiri, dekan vəzifələrinin tutulması qaydalarının tətbiqi barədə əmr imzalanıb

Kafedra müdiri, dekan vəzifələrinin tutulması qaydalarının tətbiqi barədə əmr imzalanıb
# 05 fevral 2018 14:46 (UTC +04:00)

Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrlə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.

Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nı işdə rəhbər tutsunlar, “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın 1.12-ci bəndini nəzərə alaraq müvafiq vəzifələrin tutulması ilə bağlı elan olunmuş və əmr qüvvəyə minənə qədər proseduru başa çatmayan müsabiqələrin dayandırılmasını və bu qaydalara uyğun həmin vəzifələrin tutulması ilə bağlı seçkilərin təşkil olunmasını təmin etsinlər.

Təhsil Nazirliyinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmrinin 1-ci, 2-ci, 3-cü bəndləri və bu əmrlə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” qüvvədən düşmüş hesab edilib.

Əmr imzalandığı gündən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR