Çay evində qətl törədən şəxsə 19 illik həbs cəzası verilib

Çay evində qətl törədən şəxsə 19 illik həbs cəzası verilib
# 16 noyabr 2016 08:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən V. Şirinov son söz deyib. O, peşman olduğunu bildirib.


Sonra prosesdə hökm oxunub. Hökmə əsasən, V. Şirinov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Bakıdakı "Aristokrat" çay evində törədilib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov V. Şirinova 4 min manat məbləğində pul verib. Sonradan verdiyi pulu geri istəyən M. Qubadov mübahisə zəminində V. Şirinov tərəfindən güllələnərək, öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR