Gəlinini yaba ilə qətlə yetirən şəxsin cinayət işi icraata verilib

Gəlinini yaba ilə qətlə yetirən şəxsin cinayət işi icraata verilib
# 16 noyabr 2016 12:59 (UTC +04:00)

Xaçmaz rayonunda qətldə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi məhkəmə icraatına verilib.

APA-nın xəbərinə görə, cinayət işinə Bakı Ağır Cinaəyətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR