Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 25 may 2015 14:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Əliyev, Vaqif Məmmədov, Samir Hümbətov, Məhyəddin Behbudov, Fərhad Əliyev və Anar Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə C. Əliyev 11 il 1 ay, V. Məmmədov 11 il 6 ay, S. Hümbətov və M. Behbudovun hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib. F. Əliyev və A. Nəbiyev isə şərti cəza ilə cəzalandırılıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədiblər. Onlar itkin düşmüş şəxslərin ailə üzvləri üçün bina tikiləcəyini vəd ediblər və mənzillər üçün vətəndaşlardan pul alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR