Azərbaycanda iki nəfər suda batıb, onlardan birini meyiti tapılıb - YENİLƏNİB

Azərbaycanda iki nəfər suda batıb, onlardan birini meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 30 iyul 2015 15:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sabirabadda Kür çayında batan şəxsin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Xankeçən kəndi yaxınlığında, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batmış, 1997-ci il təvəllüdlü Mustafayev Baloğlan Güloğlan oğlunun meyiti, batdığı yerdən 10 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 17.59

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda iki nəfər suda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində bir nəfər kanalda, Sabirabad rayonu, Xankeçən kəndində isə bir nəfər çayda batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxslərin axtarışlarına başlanıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR