"Azərbaycan Kredit Bürosu" ikitərəfli müqavilələri tənzimləmək üçün qaydalar hazırlayır

"Azərbaycan Kredit Bürosu" ikitərəfli müqavilələri tənzimləmək üçün qaydalar hazırlayır
# 09 fevral 2018 12:49 (UTC +04:00)

"Azərbaycan Kredit Bürosu"nun Müşahidə Şurası bu gün ikitərəfli müqavilələri tənzimləmək üçün qaydalar hazırlayır".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Kredit Bürosu"nun (AKB) baş direktoru Elçin Həbibov deyib.

Onun sözlərinə görə, Büro tərəfindən bu qaydalar banklara və bank olmayan kredit təşkilatlarına göndərilir. "Biz qaydalarla bağlı banklar və BOKT-ların rəylərini almışıq. Bu gün bu rəylərin ümumiləşdirilməsi və yekun hala salınması üzərində işləyirik. Yaxın günlərdə sənədlər tamamlanacaq və Müşahidə Şurasında müvafiq qərar qəbul olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR