"Bakcell" abunəçilərinə xəbərdarlıq edib

"Bakcell" abunəçilərinə xəbərdarlıq edib
# 28 oktyabr 2016 04:56 (UTC +04:00)

"Bakcell" MMC abunəçilərinə xəbərdarlıq edib.

"APA-Economics"in məlumatına görə, şirkət abunəçilərinin nəzərinə çatdırır ki, 08.11.2016-cı il tarixindən etibarən "Cin" tariflərində mövcud olan "Pulköçürmə" xidməti üçün qiymətlər (xidmət haqqı) aşağıdakı kimi müəyyən edilir:

- Ay ərzində ilk 5 pul göndərişi zamanı hər bir göndəriş üçün abunəçilərdən 0.03 manat məbləğində xidmət haqqı tutulacaq;

- Ay ərzində altıncı pul göndərişindən etibarən hər bir göndəriş üçün abunəçidən 0.10 manat məbləğində xidmət haqqı tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR