Lənkəranda su quyusuna düşən 55 yaşlı kişi xilas edilib

Lənkəranda su quyusuna düşən 55 yaşlı kişi xilas edilib
# 25 may 2018 20:22 (UTC +04:00)

Lənkəranda 55 yaşlı kişi su quyusuna düşüb.

APA-nın cənub bürosunun məlumatına görə, axşam saatlarında, şəhərin Nizami küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, 1963-cü il təvəllüdlü Rafael Mirzəyev iş yerində su quyusundan su götürərkən ehtiyatsızlıqdan quyuya yıxılıb. Nəticədə R. Mirzəyev dərinliyi 8-10 metr olan quyuda köməksiz vəziyyətdə qalıb.

Onun səsinə gələn ətrafdakı insanlar hadisə barədə dərhal təcili yardım stansiyasına və FHN Cənub Regional Mərkəzinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər R. Mirzəyevi su quyusundan çıxararaq təcili yardım stansiyasının əməkdaşlarına təhvil veriblər.

R. Mirzəyev təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona orada yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR