Qobustan rayonunda 3 maşının toqquşması ilə nəticələnmiş yol qəzası baş verib

Qobustan rayonunda 3 maşının toqquşması ilə nəticələnmiş yol qəzası baş verib
# 16 avqust 2015 19:34 (UTC +04:00)

Bakı-APA. Qobustan rayonunda 3 maşının toqquşması ilə nəticələnmiş yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Şamaxı maqistralının Qobustan rayonu ərazisindən keçən hissəsində "Mercedes" və "Volkswagen" markalı minik avtomobili ilə "Ford" markalı yük maşını toqquşub.

Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. “Mercedes”in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qaldığından onu xilasedicilər avtomobildən çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR