Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 12 hərbiçi ölüb

 Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 12 hərbiçi ölüb
# 07 avqust 2015 10:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Pakistanda Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 12 hərbiçi ölüb. APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb. Hadisə ötən gün axşam saatlarında ölkənin şimal-qərbində Xayber-Paxtunxva vilayətində baş verib. Məlumata əsasən hərbi tibb işçilərini daşıyan Mi-17 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün sərnişinlər, o cümlədən 2 pilot, hərbi həkimlər və xidmətçi heyət ölüb.

İlkin versiyaya əsasən hadisəyə səbəb pis hava şəraitinin olmasıdır. Qəzadan sonra helikopter yanmağa başlayıb.

Xatırladaq ki. Mi-17 helikopteri Çaklala hərbi bazasından daşından əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə Qilqit-Baltistan vilayətinə uçmağı planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR