“Tramp Tower”-də yanğın söndürülüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

“Tramp Tower”-də yanğın söndürülüb, iki nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 08 yanvar 2018 15:09 (UTC +04:00)

Nyu-Yorkda “Tramp Tower” binasında baş vermiş yanğın söndürülüb.

APA-nın “Fox.news”-a istinadən verdiyi xəbərə görə, yanğın zamanı iki nəfər xəsarət alıb.

Yanğınsöndürənlərdən biri dağıntılar altında qalaraq yaralanıb.

Binanın mühəndisi isə tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.

Yanğın baş verən zaman ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evdə olub.

***

17.14

Nyu Yorkda “ Tramp Tower” binası yanır.

APA-nın "NBC" telekanalına istinadən verdiyi xəbərə görə, yanğın binanın damında baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının elektrik naqillərində yaranmış nasazlıq üzündən baş verdiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR