Ağcabədidə yol qəzası baş verib, dörd nəfər yaralanıb - YENİLƏNİB

Ağcabədidə yol qəzası baş verib, dörd nəfər yaralanıb - YENİLƏNİB
# 06 mart 2019 14:16 (UTC +04:00)

Ağcabədidə baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 1998-ci il təvəllüdlü Qasımzadə Əziz Vüqar oğlu, 1999-cu il təvəllüdlü Hüseynov Tahir Xanlar oğlu, 1998-ci il təvəllüdlü Bağırov Fuad Şirvan oğlu və 1998-ci il təvəllüdlü Qasımzadə Elbrus Elnur oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Saat 14:03

***

Ağcabədidə dörd nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, yaralılar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ağır vəziyyətdə olanları dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Habil Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR