Azərbaycanda qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair kollektiv sazişin layihəsi hazırlanıb

Azərbaycanda qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair kollektiv sazişin layihəsi hazırlanıb
# 25 may 2018 07:40 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib.

 

Palatadan "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması” üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

 

Görüşdə iştirak edən bankların nümayəndələrinə işçi qrupu tərəfindən “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası təqdim edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda banklar tərəfindən Kollektiv Sazişin layihəsinə dair təkliflərin təqdim edilməsi qərara alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR