Bakıda avtomobillə vurulan iki piyada ölüb

Bakıda avtomobillə vurulan iki piyada ölüb
# 14 yanvar 2020 12:24 (UTC +04:00)

Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölub.

Bundan başqa dünən saat 06.00 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR