Beş dəfə məhkum olunan şəxsə hökm oxunub

Beş dəfə məhkum olunan şəxsə hökm oxunub
# 20 oktyabr 2016 14:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Həbib Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ucar rayon sakini, 1947-ci il təvəllüdlü Abbasov Həbib Məzahir oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanaraq üzərinə baxış keçirilib. Onun üzərindən bir bükümdə satışı və saxlanılması qadağan olunmuş 7,5 qram qurudulmuş marixuana götürülüb. İlkin dindirmə zamanı Həbib Abbasov narkotik maddəni Məlikballı kəndi yaxınlığında su arxının kənarında becərdiyini və Qarabök kəndində gizli bir yerdə saxladığını etiraf edib. Həmin əraziyə baxış keçirən zaman ümumi çəkisi 2 kq 200 qram marixuana götürülüb. Aparılan araşdırmalar zamanı Həbib Abbasovun 5 dəfə məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR