İmişlidə minik avtomobili traktorla toqquşub, ölən və xəsarət alanlar var

İmişlidə minik avtomobili traktorla toqquşub, ölən və xəsarət alanlar var
# 30 iyul 2018 08:32 (UTC +04:00)

İmişlidə ölümlə nəticələnən yol qəzaıs olub.

APA-nın məlumatına görə, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb. Rayon sakini, 1975-ci il təvəllüdlü Savalan Bayramovun idarə etdiyi “MTZ-80” markalı traktor, Saatlı sakini, 1952-ci il təvəllüdlü Eldar Hüseynovun idarə etdiyi “VAZ 21061” markalı, 10 CT 219 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin, 1956-cı il təvəllüdlü Məlahət Allahverdiyeva xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Bundan başqa minik avtomobilinin sürücüsü və maşında olan digər sərnişinlər – 1979-cu il təvəllüdlü Samirə Vəliyeva, 1991-ci il təvəllüdlü Babək Allahverdiyev, həmçinin traktorun sürücüsünə xətəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR